Avropa Liqası: “İnter” səfərdən qələbə ilə qayıdır - VİDEO
10:04 30.06.2017
28765
UEFA Avropa Liqasında yeni mövsümə start verilib. Olimpnews.az saytının məlumatına görə, azərbaycanlı azarkeşlərin diqqəti "İnter”in oyununa yönəlib. Zaur Svanadzenin yetirmələri ümidləri artıqlaması ilə doğruldublar.
"İnter" matça yaxşı başlamasa da, tezliklə təşəbbüsü ələ alıb. Çox keçmədən bu üstünlük hesabda da əks olunub. Təxminən 20 dəqiqə ərzində iki cərimə zərbəsini möhtəşəm yerinə yetirən Adrian Skarlatake rəqibi şoka salıb. İlk hissə bu hesabla başa çatıb.
İkinci hissədə ənənəvi təmkinli oyununu göstərən bakılılar bir də oyunun 75-ci dəqiqəsində diqqət mərkəzinə düşüblər. Rauf Əliyev növbəti möhtəşəm qola imza atıb - 0:3.
Qeyd edək ki, cavab oyunu bir həftə sonra Bakıda keçiriləcək.