Yoahim Lövün mətbuat konfransında futbolçuların gözlənilməz hərəkəti - VİDEO
15:30 03.07.2017
28656
FİFA Konfederasiyalar Kubokunda qalibi olan Almaniya millisinin futbolçuları maraqlı məqamla yadda qalıblar. Olimpnews.az saytının məlumatına görə, futbolçular gözlənilmədən finaldan sonra təşkil olunan mətbuat konfransına gəliblər.
Almaniya yığmasının baş məşqçi Yoahim Lövün mətbuat konfransının gedişində futbolçular zala daxil olublar. Buna görə də mətbuat konfransı bir müddət dayandırılıb. Qələbə mahnıları oxuyan futbolçulara baç məşqçi alqışlamaqla kifayətlənib.