"Arsenal” klubu gözlənilən transferi həyata keçirib. Olimpnews.az saytının məlumatına görə, London təmsilçisi "Lion”un hücumçusu Aleksandr Lakazetti heyətinə cəlb edib.
Fransız hücumçu ilə uzunmüddətli müqavilə imzalanıb. Onun komandaya Sidney turnesi zamanı qoşulacağı gözlənilir.
Transferi maddi tərəfi haqqında rəsmi açıqlama olmasa da, İngiltərə mətbuatı iddia edir ki, transfer "Arsenal”a 50 milyon avroya başa gəlib.
Qeyd edək ki, Lakazett ötən mövsüm Fransa Liqa 1-də meydana çıxdığı 30 matçda 28 qol vurub.