Baş katib İdarə Heyətinə üzv seçildi

Baş katib İdarə Heyətinə üzv seçildi

AFFA-nın baş katibi Elxan Məmmədov UEFA-nın Uşaq Fondunun (UEFA Foundation for children) İdarə Heyətinə üzv seçilib. Olimpnews.az saytının məlumatına görə, bu fond 2015-ci il aprelin 24-də fəaliyyətə başlayıb.

Avropa Komissiyasının keçmiş prezidenti Joze Manuel Barrozonun rəhbərlik etdiyi UEFA-nın Uşaq Fondu uşaqların sağlam həyat tərzinə yönləndirilməsi, uşaq futbolu və digər çoxsaylı layihələr həyata keçirir.