Haiti millisinin yarımmüdafiəçi "Qarabağ"da - VİDEO
17:26 06.07.2017
27609
"Qarabağ" klubu növbəti transferini həyata keçirib. Olimpnews.az saytının məlumatına görə, yarımmüdafiəçi mövqeyinə transfer etməyi planlaşdıran klub uzun müddətdir davam edən prosesi uğurla tamamlayıb.
"Qarabağ" Haiti millisinin üzvü olan və ötən mövsüm Türkiyə Superliqasında "Alanyaspor”da forma geyinən Vild-Donald Guerrierin keçidini rəsmiləşdirib. Yarımmüdafiəçi ilə 2 illik müqavilə imzalanıb.
Futbolçu peşəkar karyerasına ölkəsinin "Amerika De Ke” klubunda başlayıb və 2013-cü ilin yayında Polşanın "Visla” klubuna transfer olunub. 2013-2016-ci illərdə "Visla”da 75 oyuna çıxan Guerrier 20 qolla yadda qalıb. Geridə qalan mövsümdə isə Donald "Alanyaspor” forması ilə 20 oyunda 4 qolla yadda qalıb.
2010-cu ildən Haiti millisinə dəvət alan 28 yaşlı futbolçu yığma komandada 37 oyunda 8 dəfə fərqlənib.
Donald "Qarabağ”a transferi haqda klubun rəsmi saytına danışıb: ""Qarabağ” ilk gündən mənə öz ailəm kimidir, sanki uzun müddətdir buradayam. Həqiqətən bura gəldiyim üçün xoşbəxtəm. Komanda üçün əlimdən gələnin ən yaxşısını edəcəm. "Qarabağ” ardıcıl 4-cü dəfə çempion olur və 3 ildir Avropa Liqasının qrup mərhələsində oynayır, bunların hamısını yaxşı anlayıram. Hər zaman hansı komandamda olmağımdan asılı olmayaraq, qələbə üçün meydana çıxmışam və komandamın qələbə qazanması üçün vuruşmuşam. Ən böyük üstünlüyüm odur ki, uduzmağı sevmirəm. Harada varamsa, qalib gəlmək üçün mübarizə aparmışam. Əgər bu gün "Qarabağ”a gəlmişəmsə, mənə göstərilən etimadı doğrultmaya çalışacam”.
Haiti millisinin yarımmüdafiəçinin "Visla” klubunun heyətində vurduğu möhtəşəm qolu diqqətinizə çatdırırıq.