Respublika stadionu oyuna tam hazırdır - VİDEO

Respublika stadionu oyuna tam hazırdır -  VİDEO

Bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində "Qarabağ” doğma azarkeşlər önündə Gürcüstanın "Samtredia” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.

Olimpnews.az saytının məlumatına görə, oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu demək olar ki, matça tam hazır vəziyyətdədir. Stadionda son tamamlanma işləri gedir: reklam banerləri quraşdırılıb, ağ zolaqlar çəkilir.

Qeyd edək ki, matç saat 21:00-da başlayacaq.