“Qarabağ” ÇL-ə böyükhesablı qələbə ilə başladı

“Qarabağ” ÇL-ə böyükhesablı qələbə ilə başladı
"Qarabağ” klubu avrokuboklar mövsümünə start verib. Olimpnews.az saytının məlumatına görə, son Azərbaycan çempionu ardıcıl 4-cü dəfə iştirak etdiyi UEFA Çempionlar Liqasında (ÇL) ilk görüşünə çıxıb.

UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
"Qarabağ” (Azərbaycan) – "Samtredia” (Gürcüstan) - 5:0
Qollar: Əfran İsmayılov, 10 (pen.), Dino Ndlovu, 37, 45+1, Donald Gerryer, 83, Miçel, 90+2

Baş hakim: Mete Kalkavan
Baş hakimin köməkçiləri: Esat Sancaktar, Erdem Bayik
Dördüncü hakim: Halil Umut Meler (hamısı Türkiyə)
UEFA nümayəndəsi: Qrehem Hover (İngiltərə)
Hakim-inspektor: Vladimir Antonov (Moldova)
11 iyul. Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu

Qitənin ən nüfuzlu turnirinə II təsnifat mərhələsindən başlayan Ağdam təmsilçisi "Samtredia” klubu ilə münasibətlərinə aydınlıq gətirib.

Matça olduqca sürətli başlayan təmsilçimiz erkən qol vurmağa nail olub. Əfran İsmayılov oyunun 10-cu dəqiqəsində təyin edilən penalti zərbəsini dəqiq yerinə yetirib. Hücumlarını davam etdirən ağdamlılar matçın 37-ci dəqiqəsində daha bir dəfə fərqləniblər. Bu dəfə Dino Ndlovu qapını dəqiq nişan alıb. CAR millisinin keçmiş üzvü ilk hissənin son saniyələrində özünə qarşı kodubluğa görə təyin olunmuş ikinci penaltini də boşa verməyib. İlk hissə təmsilçimizin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

İkinci hissə rəqib hücumlarla başlasa da, çempionumuz arxa xəttə etibarlılığı ilə seçilib. Əvəzində çempionumuz matçın son 10 dəqiqəsində daha 2 qol vurub. Əvvəlcə sona 7 dəqiqə qalmış yeni transfer Donald Gerryer debüt oyununda azarkeşləri qolla sevindirib. Ardınca isə Miçel oyunda son qolun müəllifi olub (5:0).

Beləliklə, Gürcüstan təmsilçisi ötən il "Qəbələ" ilə oyunda olduğu kimi (5:1) bu dəfə də paytaxtımızdan böyükhesablı məğlubiyyətlə ayrılıb.