Qurban Qurbanov gürcüstanlı jurnalistlərin suallarını cavablandıracaq

Qurban Qurbanov gürcüstanlı jurnalistlərin suallarını cavablandıracaq
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçları çərçivəsində "Qarabağ” sabah səfərdə Gürcüstanın "Samtredia” klubunun qonağı olacaq.

Olimpnews.az saytının məlumatına görə, bu gün saat 19:30-da baş məşqçimiz Qurban Qurbanov Tbilisidə media mənsublarının suallarını cavablandıracaq. Saat 20:00-da isə komandamız qarşılaşmanın keçiriləcəyi Boris Payçadze adına stadionda oyunöncəsi son məşqinə çıxacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

Qeyd edək ki, "Samtredia” – "Qarabağ” matçı sabah saat 21:00-da start götürəcək.