
Ölkəmizi UEFA Çempionlar Liqasında təmsil edən "Qarabağ” klubu növbəti oyununu keçirib. Olimpnews.az saytının məlumatına görə, təmsilçimiz turnirin II təsnifat mərhələsinin cavab oyununda "Samtredia” klubu ilə üz-üzə gəlib.
UEFA Çempionlar Liqası
II təsnifat mərhələsi, cavab oyunu
"Samtredia” (Gürcüstan) – "Qarabağ” (Azərbaycan) - 0:1
Qol: Gerye, 22
Baş hakim: Srcan Yovanoviç
Yan xətt hakimləri: Uroş Stoykoviç, Milan Mihayloviç
Dördüncü hakim: Marko Popoviç (hamısı Serbiya)
UEFA nümayəndəsi: Pol Daniel Zaharia (Rumıniya)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
18 iyul. Tbilisi. Boris Payçadze adına "Dinamo Arena”
İlk oyun – 0:5
"Samtredia”: 12. Omar Migineşvili, 3. Laşa Kasradze, 4. Nika Sandoxadze, 6. Culi Manjqaladze, 7. Davit Razamaşvili, 8. Teymuraz Markozaşvili, 10. Nikolazi Sabandze, 22. Giorgi Mçedlişvili, 24. Bakar Balde, 26. Giorgi Datunaşvili, 80. İnters Qui
Ehtiyat oyunçular: 30. İlya Sturua, 2. Davit Mtivilişvili, 14. Davit Jikiya, 17. Akaki Ninua, 18. Cemal Qoqiaşvili, 21. Giqla Burkadze, 77. Quram Samuşia
"Qarabağ”: 1. Anton Kanibolotski, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 17. Donald Qerye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 52. Yakub Jejniçak, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 13. İbrahim Şehiç, 7. Rahid Əmirquliyev, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev
Oyuna hüçumlarla başlayan təmsilçimiz hesabı açmağa müvəffəq olub. Matçın 22-ci dəqiqəsində Gerye cərimə zərbəsindən fərqlənib.
İkinci hissədə komandaların səyinə baxmayaraq, 0:1 hesabı sonadək dəyişməyib.
Nəticədə, "Qarabağ" Bakıda olduğu kimi, Tbilisidə də qələbəni bayram edib.