Gia Tsetsadze: "“Qarabağ” kimi güclü komandaya qarşı oynamağa hazır deyilik"

Gia Tsetsadze: "“Qarabağ” kimi güclü komandaya qarşı oynamağa hazır deyilik"
"Fikir bildirmək niyyətində deyiləm. Bizim üçün çox çətin oyun oldu”. Olimpnews.az saytının məlumatına görə, bu sözləri "Samtredia”nın baş məşqçisi Gia Tsetsadze deyib.

Gürcüstan klubu UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunları çərçivəsində "Qarabağ”a məğlub olub və çıxışını dayandırıb. Oyundan sonra təşkil olunan mətbuat konfransında iştirak edən mütəxəssis fikirlərini bildirib: "Komandamızın oyunundan heç də razı qalmadım. Belə oyun gözləmirdik. Düşünürəm ki, səhvlərimiz var idi. Qol vurmamaq komanda üçün mənfi addımdır. Düşünürəm ki, "Qarabağ” kimi güclü komandaya qarşı oynamağa hazır deyilik. Gürcüstan futboluna özümüz diqqət yetirəcəyik. Yəqin ki, vəziyyət düzələndən sonra siz də buna sevinəcəksiniz".