UEFA Avropa Liqasının II təsnifat mərhələsinin cavab oyunları keçirilib. Olimpnews.az saytının məlumatına görə, qitənin ikinci dərəcəli klub turnirində çıxış edən "Qəbələ" səfərdə Polşanın "Yagelloniya” klubu ilə qarşılaşıb. Təmsilçimiz vətənə möhtəşəm qələbə ilə dönüb.
UEFA Avropa Liqası
II təsnifat mərhələsi, cavab oyunları
"Yagelloniya” (Polşa) – "Qəbələ” (Azərbaycan) - 0:2
Qollar: İlqar Qurbanov, 18, Ozobiç, 89.
"Yagelloniya”: 25. Marian Klemen, 6. Taras Romançuk, 8. Lukaş Burlika, 9. Arvidas Novikovas, 10. Fyodor Çerniç, 12. Gilyerme Sitya, 13. Pırjemislav Mistovski, 16. Qutyer Tomelin, 17. İvan Runye, 18. Silian Şeridan, 22. Rafal Qrzib
Ehtiyat oyunçular: 96. Damian Veqlarz, 2. Ziqmund Qordon, 7. Dmitro Xomçenovski, 20. Davit Şimonoviç, 26. Martin Pospisil, 28. Karol Sviderski, 44. Lukaş Sekulski
Baş məşqçi: İrenyus Mamrot
"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz, 45. Famussa Kone
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 20. Xuan Hernandez, 34. Urfan Abbasov
Baş məşqçi: Roman Qriqorçuk
Hakimlər: Konstantin Sebastyan Koltesku, Radu Adrian Stefan Ginquleaç, Vladimir Urzika, George Katalin Qaman (hamısı Rumıniya)
UEFA nümayəndəsi: Jan Pol Mievis (Belçika)
Hakim-inspektor: Qoran Mihalyeviç (Monteneqro)
20 iyul. Belostok. Şəhər stadionu
İlk oyun – 1:1
İlk oyunda evdə 1:1 hesablı heç-heçə edən Roman Qriqorçukun yetirmələri səfərdə 2 cavabsız qola sevinib. İlk hissədə İlqar Qurbanov hesabı açıb.
İkinci hissədə rəqib hücumlarını artırsa da, komandamız etibarlı müdafiə olunub. Əvəzində sona bir dəqiqə qalmış Ozobiçin vurduğu qol komandasına qələbə qazandırıb.
Beləliklə, "Qəbələ" iki oyunun nəticəsinə görə, növbəti mərhələyə vəsiqə qazanıb. Təmsilçimiz növbəti mərhələdə Yunanıstanın "Panatinaikos" klubu ilə qarşılaşacaq.