“Qarabağ”ın ümidi səfərə qaldı

“Qarabağ”ın ümidi səfərə qaldı
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. Olimpnews.az saytının məlumatına görə, Azərbaycan çempionu "Qarabağ” doğma azarkeşlər şnündə Moldovanın "Şerif” klubunu qəbul edib.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, ilk oyun
"Qarabağ” (Azərbaycan) – "Şerif” (Moldova) - 0:0
"Qarabağ”: 13. İbrahim Şehiç (q), 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Miçel, 9. Dino Ndlovu, 17. Donald Qerye, 20. Riçard Almeyda, 22. Əfran İsmayılov, 25. Ansi Aqolli, 52. Yakub Jejniçak, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 11. Mahir Mədətov, 21. Arif Daşdəmirov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

"Şerif”: 1. Zvonimir Mikoliç, 4. Racu Petru, 6. Viktor Oliviera, 9. Stefan Muqosa, 15. Kristiano Da Silva, 18. Corc Anton, 20. Kiril Bayala, 30. Yosip Brezoviç, 39. Ziduy Badibanqa, 55. Mateo Susiç, 90. Vaeçslav Posmak
Ehtiyat oyunçular: 25. Sergey Yuriç, 3. Yon Yardan, 7. Co Santos, 14. Benjamin Balima, 32. Yevgeni Oançea, 37. Vitalie Bordian, 99. Vitalie Damascan
Baş məşqçi: Roberto Bordin

Hakimlər: Sergey Sinkeviç, Yevgeni Romanav, Vitali Malyutsin, Viktor Şimusik (hamısı Belarus).
UEFA nümayəndəsi: Kuanış Kanapyanov (Qazaxıstan)
Hakim-inspektor: İçko Lozev (Bolqarıstan)
25 iyul. Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

İlk rəqibi Gürcüstan "Samtredia”sını qol buraxmadan iki dəfə (5:0, 1:0) məğlub edən Qurban Qurbanovun yetirmələri uğurlu seriyanı davam etdirə bilməyib.

Görüşə fəal başlayan klubumuz ilk iki dəqiqədə rəqib qapısına 4 zərbə endirsə də, qola sevinə bilməyib. Getdikcə müdafiədə güclənən rəqib "Qarabağ"ın hücumlarının kəsərini aşağı salıb. İlk hissə bu hesabla başa çatıb.

İkinci hissədə yenidən hücumlara atılan ağdamlıların cəhdləri fayda verməyib. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.