Çempionlar Liqası: “Qarabağ” ilk dəfə pley-off mərhələsində

Çempionlar Liqası: “Qarabağ” ilk dəfə pley-off mərhələsində
UEFA Çempionlar Liqasında III təsnifat mərhələsinin cavab oyunlarına start verilib. Olimpnews.az saytının məlumatına görə, son ölkə çempionu "Qarabağ” Moldovanın "Şerif” klubunu sınağa çəkib. Bakıda rəqibini məğlub edə bilməyən (0:0) Qurban Qurbanovun yetirmələri səfərdə qələbəyə sevinib.

UEFA Çempionlar Liqası
III təsnifat mərhələsi, cavab oyunu
"Şerif” (Moldova) – "Qarabağ” (Azərbaycan) - 1:2
Qollar: Badibanqa, 90+4 (pen.) - Ndlovu, 45+3, Miçel, 86.

"Şerif”: 1. Zvonimir Mikuliç, 4. Petru Raku, 6. Viktor Oliveyra, 8. Ceremi De Noyer, 15. Kristiano da Silva, 20. Kirill Bayala, 30. Yosip Brezoveç, 39. Ziquy Badibanqa, 55. Mateo Suşiç, 90. Vyaçeslav Posmak, 99. Vitalie Damaşkan
Ehtiyat oyunçular: 25. Sergey Yuriç, 3. İon Yardan, 9. Stefan Muqoşa, 14. Benjamin Balima, 18. George Anton, 32. Yevgeni Oansea, 37. Vitalie Bordian
Baş məşqçi: Roberto Bordin

"Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev, 8. Miçel, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 14. Rəşad Sadıqov, 17. Donald Gerrye, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 55. Bədavi Hüseynov
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 7. Rahid Əmirquliyev, 22. Əfran İsmayılov, 32. Elvin Yunuszadə, 44. Ağabala Ramazanov, 52. Yakup Jejniçak, 91. Coşqun Diniyev
Baş məşqçi: Qurban Qurbanov

Hakimlər: Roy Reynşreyber, Amihay Yehoşua Mozes, Dan Uçeniç, Daniel Bar Natan (hamısı İsrail).
1 avqust. Tiraspol. "Şerif” stadionu
İlk oyun – 0:0

Ardıcıl 4-cü dəfə ÇL-in III təsnifat mərhələsinə yüksələn ağdamlılar bu mərhələni nəhayət keçə bilib. Əvvəlki üç mövsümdə "Zalsburq”, "Seltik” və "Viktoriya” klublarına məğlub olaraq mübarizəni Avropa Liqasında davam etdirən "Qarabağ” bu xoşagəlməz tendensiyanı qırıb.

Oyun "Qarabağ" klubunun 1:2 hesablı qələbəsi ilə başa çatıb. Təmsilçimizin heyətində Ndlovu və Miçel fərqləniblər.

Tiraspolda uğur qazanmaqla bu turnirin pley-offuna yüksələn "Qarabağ” qrup mərhələsinə vəsiqəni təmin edib. Çünki növbəti mərhələdə məğlubiyyət Avropa Liqasının, qələbə isə Çempionlar Liqasının əsas mərhələsinə vəsiqə verir.