Avropa Liqası: “Qəbələ”dən erkən vida

Avropa Liqası: “Qəbələ”dən erkən vida
UEFA Avropa Liqasının III təsnifat mərhələsində cavab oyunları keçirilib. Olimpnews.az saytının məlumatına görə, mübarizəni bu turnirdə davam etdirən yeganə Azərbaycan təmsilçisi "Qəbələ” evdə Yunanıstanın "Panatinaikos” klubu ilə görüşüb.

UEFA Avropa Liqası
III təsnifat mərhələsi, cavab oyunu
"Qəbələ” (Azərbaycan) – "Panatinaikos” (Yunanıstan) - 1:2
Qollar: Moledo, 52 (öz qapısına) - Lod, 62, Kabazes, 66

"Qəbələ”: 22. Dmitri Bezotosnı, 3. Voyslav Stankoviç, 9. Baqali Dabo, 12. Endryu Hellidey, 14. Cavid Hüseynov (k), 15. Vitali Vernidub, 16. Dion Malone, 18. İlqar Qurbanov, 19. Filip Ozobiç, 21. Deyvi Bultyuz, 28. Steven Jozef-Monroz
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 4. Elvin Camalov, 5. Rasim Ramaldanov, 6. Elvin Məmmədov, 11. Asif Məmmədov, 34. Urfan Abbasov, 45. Famussa Kone
Baş məşqçi: Roman Qriqorçuk

"Panatinaikos”: 99. Odisseas Vlaxodimos, 7. Omri Altman, 8. Gilyerme Molins, 10. Zeka (k), 17. Robin Lod, 21. Dmitres Korbelis, 23. Niklas Hult, 26. Dmitrios Kolovetsios, 31. Rodriqo Moledo, 39. Anastasios Çatziqiovanis, 78. Usman Kulibali
Ehtiyat oyunçular: 15. Luk Stil, 5. Nuno Reis, 6. Kristos Donis, 11. Brayan Kabezas, 18. Lusiano, 41. Stefanos Evangelo, 49. Sotiris Pispas
Baş məşqçi: Marinos Ozounidis

Hakimlər: Kreyq Pauson, Li Betts, Adam Nunn, Kevin Friend (hamısı İngiltərə)
Hakim-inspektor: Laslo Vaqner (Macarıstan)
UEFA nümayəndəsi: Aloyziye Şupraha (Xorvatiya)
3 avqust. Bakı. 8-ci km qəsəbə stadionu
İlk oyun – 0:1

Ötən həftə əvvəl səfərdə 0:1 hesabı ilə məğlub olan Roman Qriqorçukun yetirmələri 8-ci km qəsəbə stadionunda da məğlub olub.

Oyunun ilk hissəsində hesab açılmayıb. İkinci hissədə təmsilçimiz qolla başlayıb. Monrozun hazırladığı epizodu yunanların müdafiəçisi Moledo öz qapısına göndərib.

Ancaq "Qəbələ"nin qol sevinci uzun çəkməyib. Qoldan 10 dəqiqə sonra Lod, daha 4 dəqiqə sonra isə Kabazes vəziyyəti "Panatinaikos"un xeyrinə dəyişib. Matçda başqa qol olmayıb və təmsilçimiz avroliqa ilə vaxtından əvvəl vidalaşıb.