Roberto Soldado “Fənərbaxça”da - VİDEO

Roberto Soldado “Fənərbaxça”da - VİDEO

Türkiyənin "Fənərbaxça” klubunun yeni transferi Roberto Soldado İstanbula gəlib. Olimpnews.az saytının məlumatına görə, ispaniyalı hücumçu hava limanında bir qrup azarkeş tərəfindən coşğu ilə qarşılanıb.

Türkiyə mətbuatında yer alan xəbərlərdə istanbulluların futbolçu üçün klubu "Vilyareal”a 10 milyon avro ödəyəcəyi bildirilib.

Qeyd edək ki, İspaniya millisinin üzvü bu gün tibbi müayinədən keçdikdən sonra İstanbul təmsilçisi ilə müqavilə imzalayacaq.

Yeri gəlmişkən, yeni transfer Roberto Soldado son qolunu 4 gün əvvəl "İnter" (Milan) - "Villarreal" matçında vurub. Həmin qolu diqqətinizə çatdırırıq: