
Tarixində ilk dəfə UEFA Çempionlar Liqasının (ÇL) pley-off mərhələsində çıxış edən "Qarabağ" cavab oyununa çıxıb. Olimpnews.az saytının məlumatına görə, Azərbaycan çempionu səfərdə "Kopenhagen" klubu ilə münasibətlərinə aydınlıq gətirib.
UEFA Çempionlar Liqası
Pley-off mərhələsi, cavab oyunu
"Kopenhagen” (Danimarka) - "Qarabağ” (Azərbaycan) - 2:1
Qollar: Santander, 45, Pavloviç, 66 - Dino, 63.
Hakimlər: Alberto Undiano Mallenko, Roberto Alonso Fernandes, Raul Kabanyero Martines, Dieqo Barbero Sevilya (hamısı İspaniya).
23 avqust. Kopenhagen. "Parken” stadionu.
İlk oyun - 0:1
Danimarka təmsilçisi ilə Bakıdakı ilk görüş Qurban Qurbanovun yetirmələrinin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı. Ağdamlılar səfər oyununda 1:2 hesabı ilə məğlub olsa da, səfər qolu sayəsində Azərbaycan futbolunun tarixində ilk dəfə qrupda iştirak etmək şansı qazanıb.
Qeyd edək ki, ölkəmiz qitənin ən nüfuzlu klub turnirinin tarixinə əsas mərhələdə təmsil olunan 33-cü ölkə kimi düşüb.