Kamran Ağayevin debütü uğursuz oldu - VİDEO

Kamran Ağayevin debütü uğursuz oldu - VİDEO

Millimizin qapıçısı Kamran Ağayev Çexiya çempionatında debüt edib. Olimpnews.az saytının məlumatına görə,"Mlada Boleslav”ın şərəfini qoruyan qapıçı V tur çərçivəsində Praqa "Slaviya" klubu ilə oyunda meydana çıxıb.

Səfərdə təşkil olunan matç Kamran Ağayev üçün uğursuz alınıb. 90 dəqiqə oynayan həmyerlimiz qapısında 4 qol görüb.

Nəticədə, "Mlada Boleslav” yenə də son pillədən yaxa qurtara bilməyib. Bu dəfə 0:4 hesabı ilə uduzan Kamran Ağayevin komandasının aktivində cəmi 1 xal var.