Taekvondoçularımız İspaniyanın açıq çempionatında 4 medal qazanıblar

Taekvondoçularımız İspaniyanın açıq çempionatında 4 medal qazanıblar


Taekvondo üzrə yığmamızın üzvləri İspaniyanın açıq çempionatında uğurla çıxış ediblər. İdmançılarımız yarışa Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev, baş məşqçi Ələkbər İmaməliyev, böyük məşqçi Elnur Amanov, qadınlardan ibarət yığmanın baş məşqçisi Gündüz Abdullayev və gənclərdən ibarət komandanın baş məşqçisi Məmməd Abdullayevin rəhbərliyi altında yola düşüblər. "A” kateqoriyalı yarşda gənclərdən ibarət yığmanın üzvü Səid Quliyev (-73 kg) və qızlardan ibarət yığmanın üzvü Selin Pomak (-44 kg) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Komandamızın digər üzvləri Məhəmmədyasin İbrahimov (-58 kg) və Ayxan Tağızadə (-63 kg) yarışı bürünc medalla başa vurublar.