Bakıda FİFA İcraedici Futbol Sammiti keçiriləcək. Olimpnews.az saytının məlumatına görə, tədbir noyabrın 21-də təşkil olunacaq.
Sammitdə FİFA-nın rəhbər şəxslərinin, İcraiyyə Komitəsinin üzvlərinin iştirakı nəzərdə tutulub. Həmçinin, FİFA üzvü olan bir sıra milli assosiasiyaların, federasiyaların rəhbərlərinin tədbirə qatılacağı gözlənilir.