Dünyanın ən zəngin oyunçusu Faiq Bolkiahdır. Olimpnews.az saytının məlumatına görə, müasir dövrdə dünya futbolunun ən böyük ulduzları Lionel Messi və Kristianu Ronaldo böyük sərvətə malikdirlər. Amma 19 yaşlı Faiq Bolkiah 20 milyard dollarlıq var-dövləti ilə onları ötüb keçib.
Hazırda dünyanın ən zəngin futbolçusu olan Faiq Amerikanın Los-Anceles şəhərində dünyaya göz açıb. O, Bruney Sultanı Həsən Əl-Bolkiahın yaxın qohumudur.