"Maklaren”in pilotu Fernando Alonso yeni mövsümdə üçüncü dəfə çempion olmaq barədə düşünür. Olimpnews.az saytının məlumatına görə, ispaniyalı bununla yanaşı, öz qüvvəsini "İndycar” yarışlarında sınamaq fikrindədir.
""Maklaren” üçün gözəl imkan yaranıb. Rəqabətədavamlı olmaq lazımdır. "Reno” mühərriki bizim köməyimizə çatacaq. Bununla bərabər "500 mil İdianapolisə”, "24 saata Lemana” və digər yarışlarda mükafat qazanmaq da pis olmazdı”, - deyə Fernando Alonso bildirib.