Dünya Kuboku Bakıya gətiriləcək

Dünya Kuboku Bakıya gətiriləcək

FIFA Dünya Çempionatının Kuboku 4-cü dəfə Dünya Turuna çıxarılacaq. Azərbaycan azarkeşləri futbol dünyasının ən ali mükafatını görmək imkanı qazanacaq. "Coca-Cola” şirkəti və AFFA-nın birgə təşkilatçılığı ilə kubok fevralın 9-da Bakıya gətiriləcək.

Ali mükafat əvvəlcə Heydər Əliyev Beynəlxalq Aeroportunda keçiriləcək mətbuat konfransında yerli KİV nümayəndələrinə təqdim olunacaq. Sonra kubok "Gənclik Mall” Ticarət Mərkəzinə gətiriləcək. Burada şəhərin sakinləri və qonaqları Dünya Çempionatının əsas mükafatı ilə şəkil çəkdirə biləcəklər.

Qeyd edək ki, FIFA Dünya Çempionatının Kubokunun Turu 2017-ci ilin sentyabr ayında Rusiyada start götürüb. Bu turne 6 qitədən 50-dən çox ölkəni əhatə edəcək və doqquz ay ərzində 126 min km məsafəni qət edərək yolunu futbol üzrə 2018-ci il Dünya Çempionatında başa vuracaq.