
Türkiyədə təlim-məşq toplanışını davam etdirən "Sumqayıt” klubu bu gün növbəti yoxlama oyununu keçirib. Olimpnews.az saytının məlumatına görə, Samir Abasovun yetirmələri Makedoniyanın "Akademiya Pandev” klubu ilə qarşılaşıb.
Yoxlma oyunu
28 yanvar
"Sumqayıt” - "Akademiya Pandev” 1:1
Qol: Vuğrun Hüseynov, 30.
"Sumqayıt”: 23. Mehdi Cənnətov, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov, 6. Kamal Mirzəyev, 7. Cavid Tağıyev, 9. Amil Yunanov, 14. Bəxtiyar Həsənalızadə, 17. Nicat Qurbanov, 18. Tural Axundov, 19. Azər Salahlı, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 36. Süleyman Süleymanov, 11. Ehtiram Şahverdiyev, 20. Rüfət Abdullazadə, 39. Tural Bayramlı, 70. Ülvi İsgəndərov.
Manavqat şəhər stadionunda keçirilən oyunda qalib müəyyənləşməyib. Tərəflərin ilk hissədə hərəyə vurduğu bir qol oyununun taleyini həll edib - 1:1.
Qeyd edək ki, 2010-cu ildə məşhur futbolçu Qoran Pandev tərəfindən yaradılan komanda ötən mövsüm Makedoniya 2-ci liqasında 1-ci yer tutaraq əsas liqaya vəsiqə qazanıb.
Xatırladaq ki, "Sumqayıt” Antalyadakı ilk yoxlama oyununu Rumıniya təmsilçisi "Konkordiya”ya qarşı keçirib və 0:1 hesabı ilə məğlub olub.