Millimizin açıq məşqi olacaq

Millimizin açıq məşqi olacaq

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan Azərbaycan milli komandasının mətbuat nümayəndələri üçün açıq məşqi keçiriləcək. Olimpnews.az saytının məlumatına görə, millimizin bu gün, yerli vaxtla saat 18:00-da, Mardan hotelin stadionunda baş tutacaq məşqinin ilk 15 dəqiqəsi media üçün açıq olacaq.

Məşqdən öncə - saat 17:30-da isə millinin baş məşqçisi Qurban Qurbanovun və bir neçə futbolçunun brifinqi təşkil olunacaq.