
"Milli və klubda hər şey fərqli ola bilər. Hadisələrin necə inkişaf edəcəyinə baxacağıq”.
Olimpnews.az saytının məlumatına görə, bu sözləri millimizin futbolçusu Ramil Şeydayev deyib. Yığmamızın Antalyadakı təlim-məşq toplanışı çərçivəsində sabah Moldova millisi ilə üz-üzə gələcək. Hücumçu oyunla bağlı fikirlərini bölüşüb. O, çətin qarşılaşma olacağını deyib: "Qurban Qurbanovun rəhbərliyi altında ilk oyunumuza çıxacağıq. Bizim üçün asan matç olmayacaq”. Mərkəz hücumçusu millimizin Millətlər Liqasındakı rəqiblərini dəyərləndirib: "Millətlər liqasında maraqlı qrupa düşmüşük və futbolçularla bu haqda danışmışıq. Qrupdan çıxmaq gücümüz var və əlimizdən gələni edəcəyik. Ümid edirəm ki, qrupdan çıxacağıq. Bunun əksini isə düşünmək istəmirəm”.
Bundan öncə U-21 yığmamızın təlim-məşq toplanışında iştirak edən Şeydayev bununla bağlı danışıb. O, klubunda komanda yoldaşı olduğu Rəşad Sadıqovun rəhbərliyi altında çıxış etməsindən söz açıb: "Bu, futbolda normal haldı. Belə vəziyyətlərdə subardinasiyanı gözləmək lazımdı. İndiki vəziyyətdə daha çox oynamaq vacibdi. U-21-də və "Qarabağ”da oynamışam, ola bilər ki, sabah Moldovaya qarşı oyunda da meydanda olum”. "Dino Ndlovunun yoxluğunda necə olacağına baxarıq. Görək, baş məşqçimiz nə qərar verəcək. Çempionat başlayandan sonra bu suala aydınlıq gələcək”.
Rahib Səmədov,
Antalya