Uşaq futbolunda yeni qadağa

Uşaq futbolunda yeni qadağa

UEFA uşaq futbolunda topa başla oynamağa qadağa qoya bilər.
Bu haqda qurumun prezidenti Aleksander Çeferin bəyan edib. O bildirib ki, əgər başla oynamağın beyinin gələcək inkişafına mənfi təsiri sübuta yetirilərsə, bu halda həmin məsələ qərar vermək üçün müzakirəyə çıxarılacaq.
"Biz bu məsələni diqqətlə öyrənməliyik. Əgər araşdırmalar topa başla oynamağın uşaq beyninə zərər vurduğunu təsdiqləsə, bu halda biz buna cox ciddi yanaşmalıyıq. Bu, çox vacibdir. Biz boksa və MMA-ya baxanda, belə bir problemi görürük. Ümumiyyətlə, bu, futbol da daxil olmaqla bir çox idman növünün problemidir. Mən səbirsizliklə araşdırmaların yekununu gözləyirəm” - deyə o bildirib.
Qeyd edək ki, 2016-cı ildə ABŞ-da 11 yaşınadək uşaqların topa başla oynamasına qadağa qoyulub.