"Çelsi” mövsümün sonunda italiyalı baş məşqçi Antoni Konte ilə yollarını ayıra bilər. Olimpnews.az saytının məlumatına görə, artıq onu bu vəzifədə əvəz edəcək mütəxəssisin adı da müəyyənləşib. Belə ki, "zadəganlar” 2019-2020-ci illər mövsümündə "Barselona”nın keçmiş baş məşqçisi Luis Enriki ilə ilkin razılığa gəlib.
Klubun yaydığı məlumata görə, "Çelsi” rəhbərliyi və futbolçuları ilə Antonio Konte arasında yaranmış narazılıqlar günü-gündən artır. İtaliyalı baş məşqçi isə bu barədə hələ ki, heç bir açıqlama verməyib.