"Neftçi” klubunda istefa baş verib. Olimpnews.az saytının məlumatına görə, klub prezidenti Orxan Hüseynzadə vəzifəsindən uzaqlaşıb.
Onun şəxsi istəyi ilə tutduğu vəzifədən ayrıldığı bildirilib. Belə ki, Orxan Hüseynzadə istefa ərizəsi ilə klubun təsisçisinə müraciət edib. Nəticədə prezidentin istefası qəbul olunub.
"Neftçi”nin prezidenti Orxan Hüseynzadənin ardınca "Sumqayıt”ın rəhbəri Kamran Quliyev də eyni addımı atıb. Bu barədə məlumatı "gənclik şəhəri” təmsilçisi rəsmi saytı vasitəsilə açıqlayıb. K. Quliyev şəxsi istəyi ilə tutduğu vəzifədən istefa verib.
Kamran Quliyev yeni prezident kimi "Neftçi” klubunda fəaliyyətini davam etdirəcək.