Azərbaycan kubokunun finalı nə vaxt keçiriləcək?

Azərbaycan kubokunun finalı nə vaxt keçiriləcək?

Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanovla Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev arasında görüş keçirilib. Olimpnews.az saytının məlumatına görə, işgüzar görüş zamanı millinin qarşıdakı oyunlarının təqvimi müzakirə edilib.

Yığmamızın mayın 29-da Qırğızıstanla yoldaşlıq görüşü keçirəcəyinə baxmayaraq, Azərbaycan kubokunun final görüşünün vaxtında hər hansı bir dəyişiklik edilməyəcək. Belə ki, ölkə kubokunun 2017/2018-ci illər mövsümünün final oyunu əvvəlcədən nəzərdə tutulduğu kimi, 28 May - Respublika Günündə təşkil olunacaq.

Qeyd edək ki, millinin mart toplanışı və 11 aprel - Prezident seçkiləri ilə əlaqədar olaraq futbol təqvimində müəyyən dəyişiklik ediləcək. Bu barədə məlumat yaxın günlərdə açıqlanacağı gözlənilir.