Fransanın PSJ klubunun və Braziliya yığmasının futbolçusu Neymar bu həftə vətənində əməliyyat olunacaq.
"Oimpnews.az"ın məlumatına görə, Paris klubunun və Braziliya millisinin həkimləri bu barədə qərar qəbul ediblər.
26 yaşlı futbolçunu Braziliya yığmasının həkimi Rodriqo Lasmar əməliyyat edəcək. Ona PSJ-dən olan müətəxssis Jerar Selen kömək edəcək.
Neymar Fransa çempionatının 27-ci matçında, "Marsel"lə oyunun 77-ci dəqiqəsində dabanından xəsarət alıb. O, oyunu xərəkdə tərk edib.