Azərbaycan milli komandası martın 15-24-də Bakıda, 25-28-də isə Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olacaq. Olimpnews.az saytının məlumatına görə, komandamız martın 23-də Bakı Olimpiya Stadionunda Belarus, martın 27-də isə Antalyadakı "Mardan” stadionunda Makedoniya yığması ilə yoldaşlıq oyunu keçirəcək. Bununla əlaqədar olaraq millimizin heyəti açıqlanıb. Yığmamızın baş məşqçisi Qurban Qurbanov heyətə 24 futbolçu cəlb edib.
Təcrübəli mütəxəssis ilk oyunla müqayisədə, heyətdə xeyli dəyişiklik edib. Belə ki, Səlahət Ağayev, Namiq Ələsgərov, Ürfan Abbasov, Araz Abdullayev, Amil Yunanov uzun fasilədən sonra millidə yenidən forma geyinmək şansı əldə ediblər. Tural Axundov, Rəşad Eyyubov, Rahil Məmmədov, Şəhriyar Rəhimov və Asif Məmmədov isə ilk dəfə əsas yığmaya dəvət alıblar.
Əvəzində "Qarabağ”dan bir sıra futbolçular - Rəhid Əmiqruliyev, Mahir Mədətov və Ramil Şeydayev heyətdən kənarda qalıblar. Mahirlə Ramil U-21 yığmamızın bu ayın sonunda keçirəcəyi rəsmi oyunlara çağırılıblar.
Qapıçılar: Kamran Ağayev ("Keşlə”), Rəşad Əzizli, Səlahət Ağayev (hər ikisi "Neftçi”);
Müdafiəçilər: Maksim Medvedev, Elvin Yunuszadə (hər ikisi "Qarabağ”), Ruslan Abışov ("Neftçi”), Ürfan Abbasov ("Qəbələ”), Tural Axundov ("Sumqayıt”), Rahil Məmmədov ("Səbail”), Şəhriyar Rəhimov ("Kəpəz”), Pavel Paşayev ("Aleksandriya”, Ukrayna);
Yarımmüdafiəçilər: Qara Qarayev, Coşqun Diniyev, Riçard Almeyda (hamısı "Qarabağ”), Namiq Ələskərov, Rəhman Hacıyev, Emin Mahmudov (hamısı "Neftçi”), Asif Məmmədov ("Qəbələ”), Cavid İmamverdiyev, Rəşad Eyyubov (hər ikisi "Sumqayıt”), Araz Abdullayev ("Anortosis”, Kipr), Dimitri Nazarov ("Aue”, Almaniya);
Hücumçular: Amil Yunanov ("Sumqayıt”), Ruslan Qurbanov ("Qəbələ”).