Müqəddəs kitabı yanından ayırmır

Müqəddəs kitabı yanından ayırmır




İngiltərə Premyer Liqasının məhsuldar futbolçularından olan misirli Məhəmməd Salah azarkeşlərin rəğbətini qazanıb.

Buna səbəb futbolçunun hava limanına daxil olarkən əlində tutduğu "Qurani-Kərim” kitabı ilə görüntüsü olub.
Bir neçə gün öncə Misirdə prezident seçkilərində 1 milyona yaxın səs toplayan sevilən futbolçu getdiyi heç bir oyunda "Qurani-Kərim”i yanından ayırmır.
Qeyd edək ki, M.Salah Premyer Liqada "Liverpul" forması ilə vurduğu 29 qolla qol krallığı yarışında zirvədə yer alıb.