Dünya çempionatına hansı ölkə daha çox bilet alıb?

Dünya çempionatına hansı ölkə daha çox bilet alıb?





"Olimpnews.az"ın məlumatına görə, Rusiyanın "Sport Express” qəzeti bu il keçiriləcək dünya çempionatına ən çox hansı ölkədən bilet alındığını açıqlayıb.

Açıqlamaya görə, siyahıya indiyədək 80 mindən artıq bilet alan ABŞ liderlik edir. İkinci yerdə 66 minə yaxın biletlə Braziliya gedir. Kolumbiya isə 3-cü yerdədir (60 min).

Başa düşülən səbəblərə görə dünya çempionatına ən çox bileti – 796 875 rusiyalı azarkeşlər alıb. Biletlərin satışına ötən ilin sentyabr ayında start verilib.

1. ABŞ -  80 161 bilet
2. Braziliya - 65 863
3. Kolkumbiya- 60199
4. Almaniya-   55 136
5. Meksika- 51 736
6. Argentina-44 882
7. Peru-  38544
8. Çin -36 841
9. Avsrtaliya – 34 628
10. İngiltərə - 30 711