41 yaşlı Uruqvay idmançısı Sebastyan Abreu Ginnesin Rekordlar Kitabına düşüb.
Olimpnews.az-ın məlumatına görə, idmançıya bunu təsdiq edən şəhadətlik vəsiqəsi təqdim olunub.
Təqdimolunma mərasimi "Aydaks İtalyano”-"Botafoqo” oyunundan əvvəl baş tutub.
Sebastyan Abreu indiyədək karyerasında 26 klub dəyişib. Ona qədər bu rekord almaniyalı Luts Pfannenştilə aid olub. Almaniyalı futbolçu 25 klubdan transfer olunub.