Avro-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb

Avro-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb

UEFA 2020-ci ildə keçiriləcək Avropa çempionatının oyunlarının vaxtlarını açıqlayıb. Bakı Olimpiya Stadionunda Avro-2020-nin 4 oyunu təşkil olunacaq. Bunlardan 3-ü qrup mərhələsinin, 1-i isə dörddəbir final mərhələsinin oyunlarıdır.
UEFA-nın elan etdiyi təqvimə əsasən, Bakıda keçiriləcək "A” qrupunun 3 oyunu, müvafiq olaraq, iyunun 13-də, 17-də və 21-də olacaq. Dörddəbir final mərhələsinin Bakı Olimpiya Stadionundakı qarşılaşması isə iyulun 4-də keçiriləcək.