Dünya çempionatında iştirak edən komandaların baş məşqçilərinin məvacibləri açıqlanıb. Onların arasında ən çox qazananı Yoahim Lövdür. Onun illik məvacibi 3,8 milyon avrodur.II yerdə Braziliya millisinin çalışdırıcısı Tite və Fransa millisinin baş məşqçisi Didye Deşam gəlir. Hər iki mütəxəssisin məvacibi 3,4 milyon avrodur. İspaniya millisinin çalışdırıcısı Xulyen Lopateqinin məvacibi isə 2,9 milyon avroya bərabərdir.
İştirakçılar arasında ən az məvacib Seneqalın baş məşqçisi Aliu Sissedədir. O, ilinə 200 min avro qazanır.