6 illik həbs cəzası

6 illik həbs cəzası

İtaliya millisinin və "Yuventus” klubunun keçmiş futbolçusu Vinçenzo Yakintanı 6 illik həbs cəzası gözləyir.
Futbolçu 2015-ci ilin dekabrında qanunsuz odlu silah saxlamaqla yanaşı, Kalabriya mafiyası ilə əlaqəsi olduğuna görə ittiham olunur.
Məlumat üçün bildirək ki, həmin iş üzrə 140 nəfərə ittiham irəli sürülüb və onların arasında Vinçenzo Yakintanın atası da var. Prokuror futbolçunun atasına 19 il həbs cəzası verilməsini tələb edir.
Qeyd edək ki, Vinçenzo Yakinta 2006-cı ildə İtaliya yığmasının heyətində dünya çempionu olub. O, 2012-ci ildə karyerasını başa vurub.