Moskva-1980 Olimpiadası boykot edilib

Moskva-1980 Olimpiadası boykot edilib


1977-ci il iyunun 10-da Ağ evdə ABŞ prezidenti Cimmi Karter Moskva-1980 Olimpiya Oyunlarının baykot edilməsi ilə bağlı çıxış edir. Ölkənin aparıcı nəşrlərinin baş redaktorları ilə məsləhətləşmələrdən sonra olimpiadaya qarşı elan edilmiş informasiya müharibəsinin ilk atəşi açılır. Həmin qəzetlər Cimm Karterin bəyanatını dərc edirlər: "Mən şəxsən, Sovet İttifaqına təcavüzkar formada və təbii ki, digər ölkələrə sülh məramı ilə çağırış etmək istəyirəm. Bildirirəm ki, indi olmasa da, 15-20 ildən sonra dünyanın hər bir nöqtəsində biz böyük nüfuza malik olacağıq”.
Həmin vaxt sovet qoşunlarının Əfqanıstana yeridilməsinə hələ 2 il qalırdı. Hansı ki, məhz bu amil Olimpiada-80-nin boykot edilməsinə vəsilə olmuşdu. ABŞ prezidenti 1980-ci il yanvarın 4-də XXII Yay Olimpiya Oyunlarının boykot edilməsini rəsmi olaraq elan etdi.
Moskva-1980 Olimpiadasında oyunların rəsmi dili fransız dili oldu. Boykota görə həmin dövrdə çıxan və Amerika Olimpiya komandasına həsr olunmuş "Amerika” jurnalı ləğv edildi.