Ronaldo təqdimatda iştirak etməyib

Ronaldo təqdimatda iştirak etməyib

"Real" komandasının 2018-19 mövsümündə istifadə edəcəyi yeni ev və səfər formalarının təqdimatı keçirilib. "Adidas" firması tərəfindən hazırlanan formalarda ağ (ev) və qara (səfər) rənglərə üstünlük verilib. Komandanın ulduz futbolçularından olan Kriştiano Ronaldo mərasimdə iştirak etməyib.
Məlumatlara görə bu iki səbəbdən ola bilər. Birincisi, Ronaldo "Real"dan ayrılacağı, ikincisi onun "Nike" ilə imzaladığı şəxsi müqaviləyə görə ola biləcəyi vurğulanıb.