Aleksandr Krestinin: “Azərbaycan millisi daha təcrübəli futbolçulardan qurulub”
10:25 30.05.2018
19454
Milli komandamıza 0:3 hesabı ilə məğlub olan Qırğızıstan milli komandasının baş məşqçisi Aleksandr Krestinin oyunla bağlı fikirlərini belə izah edib: "Gözəl stadionda oynadıq, yaxşı komandaya qarşı mübarizə apardıq. Bu matç bizim üçün böyük təcrübə oldu. Çünki komandamızın üzvlərində təcrübə çatışmır, futbolçularımız təzyiq altında oynaya bilmir. Buna görə, daha çox səfər oyunlarına üstünlük veririk. Komandamın oyunundan razı qalmadım. Rəqibin təzyiqlərinə tab gətirmədik. Oyundan əvvəl qələbəyə ümid edirdik, lakin alınmadı. Azərbaycan millisi daha təcrübəli futbolçulardan qurulub. Normal halda biz standart vəziyyətdən qol buraxmırıq. Bu gün isə Azərbaycan yığması iki belə epizodda bizə qol vurdu. Azərbaycan yığması yaxşı komandadı, gözəl oyun nümayiş etdirir. Belə davam etsə, komandanızın qrupda yaxşı yerlərdən birini tutacağını düşünürəm. Sizə Millətlər Liqasında uğurlar arzulayıram”.