Final oyununun iştirakçıları cəzalanıb

Final oyununun iştirakçıları cəzalanıb


AFFA-nın İntizan Komitəsinin qərarına əsasənAzərbaycan Kubokunun final oyununun iştirakçıları cəzalanıb."Olimpnews.az”ın məlumatına görə,XXVI Azərbaycan kubokunun final matçı olan "Keşlə” – "Qəbələ” görüşündə "Keşlə” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.Oyunun 88-ci dəqiqəsində "Qəbələ” klubunun 18 №-li futbolçusu İlqar Qurbanov aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 1600 manat cərimə olunur. Qarşılaşmanın 55-ci dəqiqəsində "Qəbələ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klub 800 manat cərimə olunur.Oyunun 90+3-cü dəqiqəsində "Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunur.