UEFA Avropa Liqasının 2018-2019-cu mövsümündən başlayaraq turnirin himnini, loqosunu və topunu dəyişəcək.UEFA-nın saytının məlumatına əsasən turnirin yeni topu "Molten” şirkəti tərəfindən hazırlanıb. UEFA-nın rəsmi açıqlamasında bu barədə deyilir: "Rənglər və loqotip kimi əsas elementlər dəyişməyib, amma vizual görünüşə daha cəsarətli və kəskin cizgilər əlavə edilib. Futbolçular və azarkeşlər arasında əlaqənin rəmzi olan enerji dalğasının yerini uyğunlaşdırılmış xətlər və səthlər tutub ki, bu da vizual olaraq klubların bütün Avropa boyu səyahətini təcəssüm etdirir”.