2026-cı ildə keçiriləcək futbol üzrə dünya çempionatına ev sahibliyi edəcək ölkənin adı iyunun 13-də müəyyənləşəcək.Həmin gün Moskvada FİFA-nın növbəti konqresi keçiriləcək. Həmin konqresdə DÇ-2026-nın təşkilatçısının adı məlum olacaq. ABŞ, Meksika, Kanada və Mərakeş dünya çempionatına ev sahibliyi etməyə iddialıdır.