Çimərlik futbolu üzrə Avropa Liqası (Euro Beach Soccer League) turniri iyunun 22-dən 24-dək Bakıda keçiriləcək. Olimpnews.az saytının məlumatına əsasən turnirdə 8 komanda 2 qrupda mübarizə aparacaq. Millimiz Portuqaliya, Belarusvə Fransa yığmaları ilə birgə I, İsveçrə, İtaliya, Ukrayna və Almaniya milliləri isə II qrupda yer alıb. Turnirin təqvimi barədə əlavə məlumat veriləcək.