21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının bu gün gün saat 13:00-da Qazaxıstan yığması ilə yoldaşlıq oyunu keçirəcək. Komandanın baş məşqçisi Rəşad Sadıqov oyunla bağlı fikirlərini bildirib:
"Bizi yaxşı rəqiblə oyun gözləyir. Qazaxıstan yığması Avropa çempionatının seçmə mərhələsində 2-ci yer uğrunda mübarizə aparır. 2-ci yerdən cəmi bir xal geri qalırlar. Güclü rəqiblə oynamağımız bizi sevindirir. Biz də oyuna yaxşı hazırlaşmışıq. Futbolçularımızı, komandamızı yoxlamaq istəyirik. Sabah, demək olar, U-20-nin 7-8 üzvünü əsas heyətdə meydana buraxacağıq. Daha gəncləşdirilmiş heyətimiz olacaq. Çalışacağıq ki, ilk növbədə yaxşı oyun, sonra da yaxşı nəticə olsun".