U-21 bu gün yoldaşlıq oyunu keçirəcək

U-21 bu gün yoldaşlıq oyunu keçirəcək
 
Bu gün Astana şəhərindəki "Astana Arena”da 21 yaşadək futbolçulardan ibarət Qazaxıstan və Azərbaycan yığma komandaları arasında yoldaşlıq oyunu keçiriləcək.
Qarşılaşma Bakı vaxtı ilə saat 13:00-da (yerli vaxtla saat 15:00) başlayacaq.
Oyunu idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:
Baş hakim: Dmitri Muntyan
Baş hakimin köməkçiləri: Andrey Bodyan, Viktor Mardari
Dördüncü hakim: Aleksandr Tyan
(Hakimlər Moldovadandır)
Qazaxıstan U-21 – Azərbaycan U-21 yoldaşlıq oyunu CBC Sport televiziya kanalı vasitəsilə canlı yayımlanacaq.