Bəhlul Mustafazadə: « Mövsümü müsbət notlarla bitirmək istəyirik”

Bəhlul Mustafazadə: « Mövsümü müsbət notlarla bitirmək istəyirik”
 
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvü Bəhlul Mustafazadə Qazaxıstan yığması ilə yoldaşlıq oyunu ilə bağlı fikrini belə ifadə edib: "Mövsümü müsbət notlarla bitirmək istəyirik. Düşünürəm ki, həm onlar, həm də bizim üçün maraqlı oyun olacaq. Qələbə qazanmağa çalışacağıq. Baş məşqçimiz verilən tapşırıqların yerinə yetirilməsini istəyir. Bəlli bir sistemimiz var və ona uyğun oynamalıyıq. Milli komandada və ya klubda davamlı oynamaq üçün daim yüksək səviyyədə çıxış etmək lazımdır. Ən vacibi həm sabahkı oyunu, həm də bütün mövsümü yüksək səviyyədə keçirməkdir".