Bolqarıstanın Plovdiv şəhərində keçirilən parataekvondo üzrə Avropa çempionatına yekun vurulub. Qitə çempionatında yığmamızın üzvlərindən İmaməddin Xəlilov (K-44, 61 kq), Nicat Müslimov (K-43, 75 kq), Əbülfəz Abuzərli (K-44, 75 kq), Vüqar Adışirinov (K-44, 75 kq-dan yuxarı) və Aynur Məmmədova (K-44, 58 kq-dan yuxarı) təmsil olunub. İdmançılarımız yarışa böyük məşqçilər Yaşar Səfərov və Fərid Tağızadənin rəhbərliyi ilə qatılıblar.
Sayca 7-ci dəfə keçirilən qitə çempionatında beş idmançı ilə təmsil olunan milli yığma komandamızın iki üzvü fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Belə ki, (K-44, 58 kq) çəki dərəcəsində mübarizə aparan qadın taekvondoçumuz Aynur Məmmədova yarışın qızıl medallarını qazanıb. Nicat Müslümov isə (K–43, 75 kq) isə yarımfinalda məğlub olaraq, yarışı bürünc medalla başa vurub. Digər üç təmsilçimiz İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Vüqar Adışirinov yarımfinala vəsiqə uğrunda döyüşdən məğlub ayrılıblar.