İdmançımız gümüş medal qazanıb

İdmançımız gümüş medal qazanıb

Ölkəmizdə keçirilən beynəlxalq turnirdə karateçisi Qürbət Məhərrəmov mükafatçılar sırasında yer alıb. Belə ki, idmançımız karatenin Olimpiya növü olan WKF versiyası üzrə "Sərhədçi” İdman Olimpiya Mərkəzində keçirilən Qara dəniz və Xəzəryanı ölkələr arasında beynəlxalq turnirdə gümüş medal qazanıb.
Turnirdə Azərbaycan karateçiləri ilə yanaşı, Türkiyə, İran, Gürcüstan, Rusiya və İsrail idmançıları da birincilik uğrunda mübarizə aparıblar.