Kareteçilərimiz ilk gündə iki medal qazanıb
Azərbaycan karateçiləri Xorvatiyanın Umaq şəhərində keçirilən 12-21 yaşlı idmançılar arasında Dünya Karate Federasiyasının (WKF) kuboku uğrunda yarışın ilk günündə iki medal qazanıblar. Belə ki, 21 yaşadək gənclər arasında mübarizəyə qoşulan dörd idmançıdan Roman Heydərov kata yarışlarında qalib gəlib. Hüseyn Alıyev (67 kq) isə turnirin bürünc mükafatını qazanıb. Təsəlliverici görüşlərin həlledici qarşılaşmasında məğlub olan Elcan Məmmədrzayev (60 kq) və Hümmət Baxşəliyev (ikisi də 67 kq) son anda bürünc medalı əldən veriblər.
Seçmə komandaların digər üzvləri Xəqan Həsənov (61 kq), Bəxtiyar Rzayev (68 kq), Musa Sarızadə (68 kq-dan yuxarı), Mədinə Sadıqova (53 kq), Fərid Ağayev (70 kq), Tale Yaqubov (63 kq), Murad Hacızadə (84 kq-dan yuxarı), Fidan Dadaşova (47 kq) və Fidan Teymurova (50 kq) növbəti üç gün ərzində tatamiyə çıxacaqlar.
Mötəbər yarışda 68 ölkədən 1340 idmançı iştirak edir.